top of page

Karyera
Vakansiya
Namizədlər öz cv-lərini müraciət etdiyi vəzifəni qeyd edərək elektron poçt ünvanımıza göndərə bilərlər.
Mövcud vakansiyalar:
Mühasib
Vəzifə öhdəlikləri:
- İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin, formalarının işlənib hazırlanmasında iştirak etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, operativ məlumatları və mühasibatlıq hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib etmək.
- Əmək haqqı (məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və s.) hesablanması.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsi.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək.
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
Tələblər:
-
Ali təhsil (iqtisadiyyat/maliyyə).
-
Müvafiq sahə üzrə 5 il iş stajı, tikinti sahəsi üzrə iş stajı arzuolunandır.
-
İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
-
Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma üstünlükdür.
-
1 C proqram təminatı üzrə təcrübə.
Müraciət üçün email adresi: talent@azcdgroup.com
Ofis meneceri
Vəzifə öhdəlikləri:
- Ofis sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək, işçi heyətin çalışmasına şərait yaratmaq;
- Ofis işçilərinin müəyyən tapşırıqlarını icra etməklə onlara köməklik göstərmək: e-mail və SMS vasitəsilə məlumatları bölüşmək, telefon zənglərini cavablandırmaq, printer/çap işləri üzrə sifarişləri və ofis/dəftərxana materiallarının alınmasını qeydiyyata almaq;
- Şirkətə daxil olan məktubların qəbul edilməsi/göndərilməsi, jurnalda lazımi qaydada məktubların qeydiyyatının aparılması;
- Qonaqlarının qəbul olunmasının təşkilatçılığı;
- Şirkətə daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
- İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
- Direktorun iştirakı ilə keçirilən iclasların təşkilatçılığı və iclas tapşırıqlarının icrasına nəzarət edilməsi;
- İşçilərin ofis avadanlığı (kompüter və digər ləvazimatlar daxil olmaqla) ilə təmin edilməsi və ofis avadanlığının təhvil-təslim prosesinin aparılması.
- Ofisin istismar şəraitini nəzarətdə saxlayaraq, tələb olunan təmir işlərinin vaxtında icra olunmasını təşkil etmək;
Namizədə tələblər:
- Ali təhsil
- Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Təşkilati bacarıqlar, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
Əlavə məlumat:
- Həftə ərzində 5 günlük iş qrafiki;
- Könüllü tibbi sığorta ilə təmin edilir;
- Karyera yüksəlişi imkanı mövcuddur;
Müraciət üçün email adresi: talent@azcdgroup.com
bottom of page