top of page

Baş Mühasib

Vəzifə öhdəlikləri:

Vəzifə öhdəlikləri:

Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək;
Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək;
Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək.

Tələblər:


  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil.

  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq.

  • Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi.

  • Peşəkar mühasib sertifikatı olmalıdır.

  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.

  • Komanda ilə işləmə bacarığının olması.

  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.

  • 1C mühasibatlıq proqramı,MS Office

İş şərtləri:

İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri (Bakı)
Könüllü tibbi sığorta
Əmək haqqı: Net 2500 AZN

"AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmişdir.

Sürətli keçid
Əlaqə vasitələrimiz
Azərbaycan, Bakı, Həsən Əliyev küçəsi 79
+994 55 455 65 37
about-4.jpg
20220805_085117.jpg
yol1.jpg

© 2023 AZCD Group

Saytın hazırlanması:

bottom of page