top of page

Xərclərə nəzarət üzrə böyük mütəxəssis

Vəzifə öhdəlikləri

• Xərclərin müvafiq hesabatlarının hazırlanması və onların məlumat bazasında dəyərləndirilməsi;

• Xərclər ilə bağlı istifadə olunan məlumat bazalarının tənzimlənməsi;

• Xərclər barədə təhlil və statistik məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

• Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;

• Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi;

• Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsi;

• Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

• Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;

• Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət;

• Faktiki xərclərin büdcə ilə müqayisəsi;

• Satın alınan və ya tədarük edilən məhsulların/xidmətlərin dəyərinin müəyyən edilməsi;

• Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı. Bu məlumat barədə hər ay və ya lazım gəldikdə hesabat verilməsi;

• Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Tələblər

·         Ali təhsil- İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə üzrə Bakalavr dərəcəsi;

·         Müvafiq sahədə 3 -5 il təcrübə;

·         1C, MS Office və AutoCad kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;

·         Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

·         Komanda ilə işləmə bacarığının olması;

·         Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

·         Dil bilikləri : Azərbaycan dili sərbəst, Rus dili orta, İngilis dili arzuolunan

İş şərtləri

İş qrafiki: Tam iş günü (5 gün);

İş saatları: 09:00-18:00;

İş yeri (Bakı)

Könüllü tibbi sığorta

Əmək haqqı: Müsahibə əsasında

"AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmişdir.

Sürətli keçid
Əlaqə vasitələrimiz
Azərbaycan, Bakı, Həsən Əliyev küçəsi 79
+994 55 455 65 37
about-4.jpg
20220805_085117.jpg
yol1.jpg

© 2023 AZCD Group

Saytın hazırlanması:

bottom of page