BinaCycle
Layihə haqqında
Pilot Layihəsi: BinaCycle
Yer : Ağdam rayonu
Status: Davam edir
AZCD Group və Holcim Azərbaycanın birgə əməkdaşlığı nəticəsində yaradılmış bu layihənin məqsədi “yaşıl iqtisadiyyat” prinsiplərini tətbiq edərək bərpa və yenidənqurma zamanı yaranan tikinti-söküntü tullantılarını təkrar emal etməkdir. Bu addım ilk növbədə Ağdam rayonunda yaranan tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaldacaq və həmçinin, təkrar emal sayəsində tikinti-söküntü qalıqlarının tullanması əvəzinə həmin ərazilərdə bərpa işlərində yenidən istifadə olunacaq. Milyonlarla ton tikinti tullantısı artıq poliqonlarda basdırılıb ekologiyaya ziyan gətirmək əvəzinə müxtəlif sahələrdə istifadə olunacaq.
Tikinti tullantısı əraziyə boşaldılır və sonra qırıcı qurğuya ötürülür. Qırıcı qurğudan çıxan qırılmış və üyüdülmüş material ön yükləyici vasitə ilə özüboşaldan maşınlara yüklənilir, yol tikintikisi zonalarına daşınılır. Qırıcı avadanlıq saatda 250 ton emal gücünə malikdir.